“Beyləqan işi” ilə bağlı təqsirli bilinən general Bəkir Orucov barəsindəki hökmdən narazı qalıb

“Beyləqan işi” ilə bağlı təqsirli bilinən general Bəkir Orucov barəsindəki hökmdən narazı qalıb

“Beyləqan işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov barəsindəki hökmdən narazı qalıb.

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsinin  Cinayət Kollegiyasının sədri, hakim Elmar Rəhimovun sədrliyi ilə "Beyləqan işi" ilə bağlı həbs olunan general-mayor Bəkir Orucov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Azadmediatv.com xəbər verir ki, prosesdə general-mayor Bəkir Orucovun vəkiili Elvin Rayev vəsatətlə çıxış edərək, bəraət tələb edib. 

Bakı Apellyasiya Məhkəməsinom hakimi E.Rəhimov isə vəsatətləri təmin etməyib, iş üzrə qüvvədə olan qərarın dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığı qənaətinə gəlib.

Qərara əsasən, şikayət rədd olunaraq, Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Proses martın 5-də davam edəcək.

Qeyd edək ki, generalın vəkili Elvin Rzayev bəraət tələbi ilə apellyasiya şikayəti verib. Şikayətdə B.Orucovun ittihamları qəbul etmədiyi qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.

Bundan başqa, eyni tələblə generalla birgə azadlıqdan məhrum edilən Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədov da apellyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslər “Beyləqan işi” üzrə istintaq yeniləndikdən sonra həbs ediliblər. General və onunla birgə mühakimə edilənlər Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirdi.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR