Dövlət ittihamçısı onlara cəza tələb edib
Avqustun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səbuhi Əhmədlini qətlə yetirməkdə ittiham edilən Əli Eybatov, Fərrux Qasımov və Emin Ələsgərovun növbəti prosesi keçirilib.
Prosesdə hakim Leyla Əsgərova-Məmmədova məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Məhkəmədə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilənlərə cəza tələb edib. Bellə ki, Emin Ələsgərovun 3 il, Fərrux Qasımovun 18 il 6 ay, Əli Eybatova isə 19 iil müddətimə azadlıqdan məhrum edilməsini məhkəmədən tələb edib.
Vəkillər cəzanın çox ciddi olduğunu bildirərək çıxış üçün vaxt istəyblər.
Qeyd edək ki, hadisə 2024-cü ilin martın 9-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Emin Ələsgərov, Fərrux Qasımov və Əli Eybatov barəsində Cinayət Məcəlləsinin 221.2.1- ci, 120.2.1-ci,221.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Gülnaz Qənbərli
Azadmediatv.com