Dövlət ittihamçısı Azər Qasımlıya cəza istəyib
Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitunun rəhbəri Azər Qasımlının cinayət işi üzrə keçirilən məhkəmə istintaqı yekunlaşıb.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə prokuror çıxış edib. O, Azər Qasımlının 13 il cəza istəyib.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
A.Qasımli ittihamı qəbul etmir.
Gülnaz Qənbərli
Azadmediatv.com



