Bu gün İlkin Süleymanovun apellyasiya şikayətinə baxılcaq - (YENİLƏNƏCƏK)

Bu gün İlkin Süleymanovun apellyasiya şikayətinə baxılcaq - (YENİLƏNƏCƏK)

Oktyabrın 3-də saat 12:00-da Gəncə Apellyasiya Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanovun işi üzrə proses öz işini davam etdirəcək.

Azadmediatv.com xəbər verir ki, bu barədə Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, azyaşlının qətlində ittiham edilərək 18 il həbs cəzası alan İlkin Süleymanov apellyasiya şikayəti verib. O, cinayətdə əli olmadığını iddia edir və bəraət istəyir.

Xatırladaq ki, avqustun 8-də keçirilən prosesdə məlum olub ki, Nərminin atası Şərif Quliyev də apellyasiya şikayəti verib. O, Süleymanova verilən cəzanın ağırlaşdırılmasını, onun ömürlük  azadlıqdan məhrum edilməsini tələb edir.

Lakin o, şikayət verməkdən ötrü qanunda nəzərdə tutulan 20 günlük müddəti ötürdüyündən Apellyasiya Məhkəməsi bu iddiaya hökmü çıxarmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərar verməli olduğunu bildirib. İddia qəbul edilditindən həmin şikayət Apellyasiya Məhkəməsinə göndərilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə irriham edilən İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.

Baş Prokurorluq İlkin Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Gülnaz Qənbərli

Azadmediatv.com

Bakı-Gəncə

 





OXŞAR XƏBƏRLƏR