Rüfət Səfərovun məhkəməsi keçirilib

Rüfət Səfərovun məhkəməsi keçirilib

 

İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilib. Məhkəmədə müdafiə tərəfi vəsatətlər verib. 

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatət verərək Səfərovun şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsini istəyib. Vəsatət təmin edilib.

Sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 E.Sadıqov vəsatət verərək R.Səfərovun haqqında seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini  istəyib. Hakim vəsatəti təmin etməyib. 

Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR